Bu gün Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclası keçirilib
Tədbirdə rəsmi şəxslərlə yanaşı, sənaye, tikinti, bank, qida, maşınqayırma, metallurgiya, nəqliyyat, əczaçılıq və s. sahələrdə fəaliyyət göstərən şirkətlərin nümayəndələri iştirak edib.
İclasdan əvvəl Rusiya nümayəndə heyəti Bakı Biznes Mərkəzinin foyesində Azərbaycan iqtisadiyyatına dair məlumatların əks olunduğu stendlərlə tanış olublar, qonaqlara ölkə iqtisadiyyatı barədə məlumat verilib.
Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının geniştərkibli iclasında çıxış edən Azərbaycanın İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan-Rusiya əlaqələrinin siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Bildirilib ki, Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və bu sahədə müsbət inkişaf dinamikası müşahidə edilir. 2017-ci ildə Azərbaycanın ümumi ticarət dövriyyəsində Rusiya 3-cü yeri tutub. Azərbaycanın qeyri-neft məhsullarının ixracı üzrə isə Rusiya ilk yerdədir. Təsadüfi deyildir ki, Azərbaycanın ilk ticarət nümayəndəliyi də məhz Rusiya Federasiyasında yaradılıb. Azərbaycan Rusiya ilə iqtisadi əlaqələrin inkişafına xüsusi önəm verir və bu baxımdan iqtisadi-ticarət əməkdaşlığının genişləndirilməsi istiqamətində yeni mexanizmlərinin tətbiqi əhəmiyyətlidir. Moskvadakı Ümumrusiya Sərgi Mərkəzində Azərbaycan pavilyonunu, Həştərxanda Azərbaycan İşgüzar Mərkəzinin və Azərbaycanda analoji Həştərxan İşgüzar Mərkəzinin yaradılması, bu gün açılmış Rusiya İxrac Mərkəzinin nümayəndəliyi belə mexanizmlərdəndir.
Tədbir çərçivəsində AZPROMO və Rusiya İxrac Mərkəzi, həmçinin Azərbaycan və Rusiya şirkətləri arasında anlaşma memorandumları imzalanıb.
İclasın sonunda iş adamları arasında ikitərəfli görüşlər keçirilib.
Digər xəbərlər
loading...