ABŞ sözəbaxmaz BMT-nin “qıtını” kəsib: Ağ ev dünyanı cəzalandırmaq fəaliyyətinə başladı
ABŞ hakimiyyəti 2018-2019-cu illərdə BMT-nin maliyyələşdirilməsinə maliyyə yardımının 285 milyon dollar azaldılması barədə qərar qəbul edib.
“Report” İsrai KİV-inə istinadən xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli bildirib.
“Biz ABŞ vətəndaşlarının səxavətindən sui-istifadə edilməsinə icazə vermərik”, - deyə o vurğulayıb.
Qeyd edək ki, BMT-nin illik büdcəsinin 22 faizini, 3 milyard dollardan çoxunu ABŞ maliyyələşdirir.
--
ABŞ-ın bu “simicliyi”nin BMT Baş Assambleyasının Qüdslə bağlı qərarından sonra meydana gəlməsi xüsusilə maraq doğurur. Türkiyənin çağırışıyla keçirilən həmin toplantıda Vaşinqtonun bütün israrlarına və dünya dövlətlərini təhdid etməsinə baxmayaraq , böyük səs çoxluğu ilə Trampın məlum qərarının əleyhinə qətnamə qəbul olunmuşdu. Səsvermədən əvvəl ABŞ prezidneti Donald Tramp isə “üzə ağ olan” dünya dövlətlərinə maddi yardımı dayandıracaqlarını bildirmişdi. Görünür, bütün dünyaya eyni anda iqtisadi müharibə etməyin mümkünsüzlüyünü anlayan Ağ ev cəzalandırma işinə BMT-dən başlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...