Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib
Məktubda deyilir:
"Hörmətli İlham Heydər oğlu.
Doğum gününüz münasibətilə Sizə Türkmənistan xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmağı özümə şərəf sayıram.
Sizin rəhbərliyinizlə qardaş Azərbaycan xalqı dövlət quruculuğunda sanballı uğurlar, ölkənizin iqtisadiyyatının müxtəlif sahələrində böyük nailiyyətlər qazanıb.
Türkmənistan ilə Azərbaycan Respublikası arasında mövcud əməkdaşlığın yüksək səviyyəsini məmnuniyyət hissi ilə qeyd etmək istərdim. Qəti əminəm ki, qarşılıqlı hörmət, etimad və mehriban qonşuluq prinsiplərinə əsaslanan ikitərəfli münasibətlər bizim birgə səylərimizlə bundan sonra da iki ölkənin xalqlarının rifahı naminə inkişaf edəcək və möhkəmlənəcək.
Bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, bol həyat enerjisi, xoşbəxtlik, habelə ali dövləti vəzifənizdə bütün qardaş Azərbaycan xalqının tərəqqisi və firavanlığı naminə böyük uğurlar arzu edirəm".(report)
MilliYol.Az
Digər xəbərlər
loading...