“Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracı 60 faiz artıb”
APA-nın məlumatına görə, bunu Rusiya iqtisadi inkişaf naziri Maksim Oreşkin Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
Hələ sovetlər vaxtından Rusiya istehlakçılarının Azərbaycandan keyfiyyətli kənd təsərrüfatı məhsulları aldığını deyən M. Oreşkin bu artımın rusiyalılar tərəfindən yaxşı xəbər kimi qəbul edildiyini vurğulayıb. O, Rusiya tərəfinin Azərbaycanın kənd təsərrüfatı məhsulları istehsal edən daha 14 müəssisəsinin Rusiya bazarlarına çıxması barədə qərar qəbul etdiyini bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...