“Sevgi elə bir hissdir ki... Qrip necə gəlib səni yaxalayır, sevgi də yoluxucu xəstəlik kimi gəlib səni tutmalıdır. Gözləyirəm ki, o sevgi, o xəstəlik nə zaman gəlib məni tutacaq. Onda evlənəcəm”
Axşam.az-ın məlumatına görə, bu sözləri “Şou-məkan” proqramına açıqlamasında müğənni Niyam Salami deyib.
Sənətçi saxta evliliklərdən danışıb və heç vaxt elə bir addım atmayacağını bildirib:
“Mən ailənin “a” hərfinə görə evimi yıxa bilmərəm. İndi mən bir ailə qurmaq üçün bütün yaratdıqlarımı söküm? Ailə 10 kiloqram ət deyil ki, girim dükandan alım, yeyib qurtarandan sonra yenə gedim alım.
Ailə tamam başqa şeydir. İncəsənət ailəsi qurmaq isə tamam başqa məsələdir. Adi adamlarla incəsənət adamlarını, müğənniləri eyni tərəziyə qoymaq olmaz. Beyinlər, fikirlər, həyat tərzi tamam fərqlidir.
Gecə saat 4-də, 5-də mən yuxudan oyanıb çığırıram, mahnılar oxuyuram. Hansı arvad məni saxlayar ki, gecə 4-də, 5-də durub “ulayıram”.
Mənə baxsın deyə, evlənmək, arvad almaq istəmirəm. Ailə qurmaq o demək deyil ki, mənim baxanım olsun?
Arvad bəyəm mənim üçün xəstəxanada baxıcıdır ki, xəstələnəsəm, mənə baxsın? Bu, həyata düzgün baxış deyil axı. Mən qocalanda mənə kim baxacaq? Mən onu fikirləşmirəm. Həyat yoldaşım yaxşı günümdə mənim yanımda olsun. Hər anımda mənim yanımda olsun. Həyat yoldaşına bu cür baxmaq lazımdır.
Həyat yoldaşındı ey, bu sənin, ömür-gün yoldaşındır. Bir tikə yeyəndə onun üçün də saxlayırsan. O yeyəndə sənin üçün də saxlayır. Bu tamamlanmalıdır. Mən bu cür yanaşıram. Mən özümə necə hörmət edirəmsə, xanımıma da o cür hörmət etməliyəm. Ona görə istəmirəm ki, o, çətinlik çəksin. Gecə saatlarında başını tutub harasa qaçmasın. Sonra deməsin ki, Niyam məni incidir”.
MilliYol.Az
Digər xəbərlər
loading...