Rusiyada erməni lobbisinin tarixçi-alim Oleq Kuznetsovu yazdığı "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasına görə cinayət məsuliyyətinə cəlb etmək cəhdləri növbəti dəfə uğursuzluğa uğrayıb
Rusiya Daxili İşlər Nazirliyinin Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzi rusiyalı tarixçinin müəllifi olduğu məlum monoqrafiya ilə bağlı qərarını açıqlayıb.
Belə ki, Rusiya DİN-in Ekstremizmə qarşı Mübarizə Mərkəzi O. Kuznetsovun "XX əsrdə transmilli erməni terrorunun tarixi" adlı monoqrafiyasında Rusiya qanunvericiliyinin normalarının pozulması hallarını, elmi əsərdə millətlərarası münaqişənin qızışdırılması məqamlarını aşkar etməyib.
O. Kuznetsov APA-ya açıqlamasında bildirib ki, bu ilin avqust ayında Rusiya DİN-in Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzi Venyov şəhəri sakini milliyyətcə erməni Manuk Avetisyan iddiası əsasında məlum monoqrafiyada ekstremist ünsürlərin olub-olmamasını yoxlamağa başlayıb: "Manuk Avetisyan Tula vilayətində bu gün uğurlu iş adamı kimi məşhurdur. O, böyük kənd təsərrüfatı müəssisəsinin, ərzaq malları mağazalar şəbəkəsinin sahibidir. Avetisyan həm də regiondakı erməni icmasının fəaliyyətində fəal iştirak edir. 10 il bundan qabaq, 2007-ci ilin iyul ayında Ermənistandan gələn ermənilərlə yerli sakinlər arasında baş verən millətlərarası münaqişə sayəsində Manuk Avetisyanın adı bütün Rusiyada məşhurlaşmışdı. Belə ki, Venyov şəhərində ermənilər erməni-katolik kilsəsini inşa edəndən sonra bu şəhəri erməni şəhəri adlandırmışdılar. Bu, yerli sakinlərin böyük etirazına səbəb olmuşdu. O zaman yerli sakinləri sakitləşdirmək üçün rayon mərkəzinə Rusiya DİN-in (hazırkı Rosqvardiya-red.) 108-ci batalyonunun zirehli texnikası yeridilmişdi. Kriminal aləmdə "Manuk Venevski" kimi tanınan bu şəxs həmin çaxnaşmaların təşəbbüskarlarından və baş sponsorlarından biri olub. Lakin o zaman Avetisyan yerli hakimiyyətdəki himayədarlarının köməyi ilə cinayət məsuliyyətindən boyun qaçıra bilib. İndi isə o, rusiyalı alimi ekstremizmə görə cinayət məsuliyyətinə cəlb olunmasına çalışır".
O. Kuznetsov Rusiya DİN-in Tula vilayəti üzrə Ekstremizmə qarşı Mübarizə Mərkəzinin yoxlama çərçivəsində İstintaq Komitəsinin və Ədliyyə Nazirliyinin Tədqiqat Mərkəzinin monoqrafiya ilə bağlı materiallarına diqqət etdiyini də söyləyib: "Məhz İstintaq Komitəsinin çıxardığı qərarlar əsasında Manuk Avetisyana elmi işimdə Rusiya qanunvericiliyinin normalarının pozulmadığı bildirilib. Rusiya çoxmillətli dövlətdir. Ona görə də millətlərarası münaqişəni qızışdırmaq cəhdlərinin qarşısı çox sərt şəkildə alınır. Rusiya qanunvericiliyi hüquq-mühafizə orqanlarının əməkdaşlarına bu sahədə fəaliyyət göstərmək üçün böyük səlahiyyətlər verir. Rusiyadakı erməni lobbisinin məni elmi işimə görə cinayət məsuliyyətinə cəlb etmək cəhdləri artıq üçüncü dəfədir puça uğrayır. Bu isə o deməkdir ki, Rusiya hüquq-mühafizə orqanlarının əməkdaşları yüksək peşəkarlıqla çalışırlar. Ola bilsin ki, sözlərim kimdəsə ironik gülüş oyatsın, lakin mən əminəm ki, ölkəm həqiqətən də hüquqi dövlətdir".
Qeyd edək ki, Rusiya İstintaq Komitəsi erməni tarixi ilə bağlı saxtakarlıqları üzə çıxaran çoxlu sayda elmi araşdırmaların müəllifi Oleq Kuznetsova qarşı cinayət işi açmaqdan iki dəfə imtina edib.
MilliYol.Az
Digər xəbərlər
loading...