Xalq artisti Aygün Kazımova “ATV maqazin onlarla” verilişinin “Hit parad” rubrikasının qonağı olub
Axşam.az-ın məlumatına görə, müğənni keçmiş sevgilisi meyxanaçı Namiq Qaraçuxurlu ilə bağlı maraqlı addım atıb.
Kazımova ayağı sınan və hazırda xəstəxanada olan Qaraçuxurlunu onluqdan çıxardaraq onu burada görmədiyini bildirib:
“Xəstəxanada olmasından xəbərim var, çox pis və məyus oldum. Allah sənə şəfa versin, tez ayağa qalx. Bu onluqdan səni çıxarıram. Əslində tez çıxarmaq istəyirdim ki, sən xəstə adamsan bunları görməyəsən. Amma ənənəni pozmadım, sonda etməli oldum. Tez sağal, gözəl mahnılarını oxu. Gəlib hara çıxmısan, bura sənin yerindir? Səni onluqda görmürəm”.
Qeyd edək ki, A.Kazımova ilə N.Qaraçuxurlu uzun müddətdir küsülüdür. Müğənni meyxanaçının onun bağ evini əlindən aldığını iddia etmişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...