Gürcüstanda ictimai asayişin təmin edilməsi məqsədi ilə həyata keçirilmiş reydlər zamanı 127 nəfər saxlanılıb
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin Cinayətkarlıq üzrə baş idarəsinin rəhbəri Mamuka Çelidze keçirdiyi brifinqdə məlumat verib.
Saxlanılan şəxslər qanunsuz silah-sursat saxlamaq və narkotik vasitələrin dövriyyəsində şübhəli bilinirlər. Əməliyyat tədbirləri nəticəsində 73 ədəd odlu silah, 54 ədəd əl qumbarası, 122 detonator, 3740 ədəd patron, 1 kiloqram heroin və müxtəlif dərman vasitələri müsadirə olunub.
Bununla yanaşı, 52 min nəfər polis nəzarəti altında yoxlanılıb. Saxlanılan narkotik alverçiləri arasında bir xarici vətəndaş da var. İstintaqla müəyyən olunub ki, həmin şəxs Gürcüstana mütəmadi olaraq narkotik vasitələr gətirib.
Digər xəbərlər
loading...