Serbiya Prezidenti Aleksandr Vuçiç Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
Təbrikdə deyilir: "Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edir, ailənizə və yaxınlarınıza möhkəm cansağlığı və xoşbəxtlik diləyirəm.
Fürsətdən istifadə edərək, səmimiyyətə, qarşılıqlı hörmətə və inama, hüquq bərabərliyinə söykənən və dostluq xarakteri daşıyan əlaqələrimizin möhkəmləndirilməsinə verdiyiniz şəxsi töhfələrinizin əhəmiyyətini vurğulamaq istərdim. Həmçinin ölkələrimiz arasında mövcud olan, uzun illər ərzində uğurlu nəticələr verən əməkdaşlıq da böyük əhəmiyyət daşıyır. Serbiya ali səviyyədə qurulmuş dialoqu yüksək qiymətləndirir, Münxendə və İstanbulda keçirilmiş müxtəlif beynəlxalq forumlar çərçivəsində görüşlər və qarşılıqlı səfərlər isə ölkələrimiz arasındakı əməkdaşlığa güclü töhfə verib və verməkdə davam edir.
Zati-aliləri, Sizə Azərbaycan Respublikasının rifahı, ölkələrimiz və xalqlarımız arasında əməkdaşlığın inkişafı naminə ali dövləti fəaliyyətinizdə daha böyük uğurlar arzu edirəm.
Cənab Prezident, bir daha Sizə öz dərin ehtiramımı bildirirəm". (azərtac)
Digər xəbərlər
loading...