Ankara Böyükşəhər Bələdiyyəsinin qərarı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) səfirliyinin olduğu küçənin adı "Fahreddin Paşa Sokağı" olaraq dəyişdiriləcək
Trend-in Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, qərar BƏƏ xarici işlər nazirinin Tvitter səhifəsində dərc edilən yazıya cavab olaraq qəbul edilib.
Xatırladaq ki, Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər naziri Şeyx Abdullah bin Zayed öz Tvitter səhifəsində türkləri 1916-cı ildə cinayət törətməkdə ittiham edən və prezident Ərdoğanı hədəfə alan bir iraqlı Twitter istifadəçisinin yazısını paylaşmışdı.
Ərəbcə dərc edilən tvit-də Fəhrəddin Paşa adlı bir türk hərbiçisinin cinayət işlətdiyi və ərəblərdən pul və qiymətli əlyazmalar oğurladığı iddia edilirdi.
Digər xəbərlər
loading...