Dekabrın 22-də Federal Təhqiqatlar Bürosunun (FTB) administrasiyası Kaliforniyadan olan evakuator sürücüsü Everitt Aaron Ceymsonun həbs edildiyini bildirib
Onun ABŞ-da Milad bayramı mövsümündə terror aktı törətməyə cəhd etməsi güman olunur.
Hakimiyyət orqanları xəbər verirlər ki, Ceymson FTB tərəfindən təqib olunduğunu anlayandan sonra fikrini dəyişib və terror hücumu törətməkdən imtina edib. FTB əməkdaşları onun evində axtarış aparıb və orada silah, həmçinin dindar intiharçı-terrorçu olmağı planlaşdırması barədə məktub tapıblar. FTB agenti tərəfindən təqdim edilmiş ittiham aktında göstərilir ki, Ceymson İnternetdə cihadizm barədə radikal məlumatlar yerləşdirib və bu məqsədlə evakuatordan istifadə olunmasını təklif edib. (Azərtac)
Digər xəbərlər
loading...