“Son vaxtlar tərcümələrlə məşğul olmuram. Əlimdə bir neçə tərcümə işləri var idi və onları da bitirmişəm”. Bu sözləri modern.az saytına açıqlamasında fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetinin təsisçisi və baş redaktoru Elçin Şıxlı deyib.
Baş redaktor bildirib ki, yenidən mətbuata qayıtmaq haqqında düşüncələri nəzərdən keçirir: “Hələ ki mətbuata qayıtmaq haqqında fikirlərim dəqiq deyil. Amma bu barədə müəyyən düşüncələrim var. Hər halda yenidən mətbuata qayıtmaq məsələsinə bir daha baxacam. Mediaya qayıtmaqla bağlı konkret olaraq kimdənsə təklif almamışam”.
2014-cü ilin 27 avqustunda “Ayna-Zerkalo” qəzetləri rəsmən bağlandıqdan sonra Elçin Şıxlı aktiv jutnalistika ilə məşğul olmur.
"Milli Yol"
Digər xəbərlər
loading...