ABŞ Ukraynaya müdafiə təyinatlı silahların verilməsinə dair qərar qəbul edib
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Hizer Nauert bəyan edib.
“Əvvəllər də bildirdiyimiz kimi , yardım sırf müdafiə xarakteri daşıyır. Biz daim bəyan etmişik ki, Ukrayna suveren dövlət kimi özünü müdafiə etmək hüququna malikdir”, deyə ABŞ rəsmisi qeyd edib. H.Nauert əlavə təfərrüatları açıqlamayıb.
Məlumatda həmçinin bildirilib ki, ABŞ Ukraynanın şərqində münaqişənin həlli üçün Minsk sazişlərinə sadiqdir.
Bu ilin avqustunda ABŞ müdafiə naziri Ceyms Mettis Ukraynaya müdafiə təyinatlı letal (öldürücü) silahların verilməsini nəzərdən keçirdiklərini açıqlamışdı. Nazir həmçinin Ukraynaya 175 milyon dollar dəyərində hərbi texnikanın göndərilməsi barədə qərarı təsdiqləmişdi.
Noyabrda Senatın silahlı qüvvələr üzrə Komitəsinin saytında bildirilib ki, 2018-ci ilin müdafiə büdcəsinə əsasən, ABŞ Ukraynanın hərbi təhlükəsizlik sahəsinə 350 milyon dollar ayırmaq niyyətindədir.
Digər xəbərlər
loading...