İnternetdə Teleqram messenceri əsasında çalışacağı güman olunan yeni blokçeyn platformasının anonsu ilə bağlı video yayılıb
“Qafqazinfo” Technote-yə istinadən xəbər verir ki, bu messencerdən istifadə edən hər bir şəxs kriptovalyuta portmanatına sahib olacaq.
Təqdim olunmuş videoda TON (Telegram Open Network) adlı layihənin anonsu əks olunub. Həmin layihə Teleqram istifadəçilərinin öz aralarında sürətli pul köçürmələrini (kriptovalyuta şəklində) etməyə imkan verəcək.
Bildirilir ki, TON sürətli olacaq və smart müqavilələrin yaradılmasına imkan yaradacaq. Bütün tranzaksiyalar isə sürətli şəkildə və tamamilə anonim reallaşdırılacaq.
Bir müddət öncə Teleqramın yaradıcısı Pavel Durov “Bloomberg” saytına müsahibə verən zaman bildirmişdi ki, 2018-ci ildə böyük layihə təqdim etməyə hazırlaşır.
Qeyd edək ki, hazırda Teleqram tamamilə Durovun vəsaitləri sayəsində fəaliyyət göstərir.
Digər xəbərlər
loading...