“Türkiyə hökuməti ilə əlaqələri davam etdirmək və gərginliyi azaltmaq üçün dialoqa hazırıq”
Axar.az xəbər verir ki, bu sözləri Almaniya Xarici İşlər Nazirliyinin mətbuat katibinin yardımçısı Maria Adebahr deyib.
O, aprel ayında Türkiyənin Suriya ilə sərhədində yaxalanan Devid Britşin sərbəst buraxılmasını müsbət addım kimi dəyərləndirib:
“Türkiyədən müsbət siqnal aldıq. Bu qərarlar iki ölkə arasında etibar və inamın yenidən əldə edilməsi üçün fürsətdir”.
Qeyd edək ki, Almaniya və Türkiyə arasında bir müddətdir siyasi gərginlik hökm sürür.
Digər xəbərlər
loading...