“Azərbaycanda sənaye parklarına bu vaxta qədər 2,5 mlrd. dollar investisiya qoyulub”
"Report" xəbər verir ki, bunu Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev 2017-ci ildə "Made in Azerbaijan" brendinin təşviqi və sahibkarlığın inkişafına həsr olunmuş ziyafətdə çıxış edərkən deyib.
Onun sözlərinə görə, bu rəqəm gələcəkdə 3,5 mlrd. dollara çatacaq: "Sənaye parklarında, ümumilikdə, 10 mindən çox iş yeri yaradılıb. Qarşıdakı müddətdə daha 5 min iş yeri açılacaq".
Nazir deyib ki, il ərzində 13 ixrac missiyası təşkil edilib: "Yaxın zamanlarda Ukraynada Azərbaycan Ticarət Evi yaradılacaq. Hazırda Belarusda belə bir ticarət evi var. Latviyada isə ticarət evi qeydiyyatdan keçib".
Ş.Mustafayev ixracda artım qeydə alındığını vurğulayıb.
Digər xəbərlər
loading...