Açıqlamada bildirilir ki, futbolçunun transferi ilə bağlı danışıqlara start verilib: "Sərbəst statusda olan peşəkar futbolçu Ramil Şeydayevin klubumuza transferi ilə bağlı futbolçu ilə danışıqlar başlayıb".
Rusiyanın "Zenit" klubunun əvəzedici komandasında çıxış edən, bir müddət əvvəl əsas komandaya yüksələn Ramilin kluba müqaviləsi başa çatıb. Rusiya millisinin seçən futbolçunun Moskva "Lokomotiv"inə keçəcəyi deyilirdi.
Bu arada "Trabzonspor" rəsmilərindən Nevzat Aydın "Twitter" hesabından Ramillə bağlı qısa məlumat yayıb: "Şeydayev çox gənc və böyük bir istedaddı. Ümid edirəm ki, faydalı olar".
Qeyd edək ki, Ramil Şeydayev 15 mart 1996-cı ildə Sankt-Peterburqda dünyaya gəlib. Atası azərbaycanlı, anası rus olan futbolçu 2013-cü ildən "Zenit"in ikinci komandasında çıxış edir. Bir mövsüm sonra A komandasına yüksələn futbolçu 2015-ci ilin yayında "Rubin"ə icarəyə verilmişdi.
Rusiyanın U-17, U-19 və U-21 yığmalarında meydana çıxdığı 67 oyunda 40 qol vuran futbolçu 2013-cü ildə 17 yaşadək futbolçular arasında Avropa çempionu olub.
MilliYol.Az