“Prezident təqaüdçüləri” Gənclər Birliyinin rəhbəri, Ankara Universitetinin hüquq elmləri üzrə doktorantı Təbriz Raufoğlu 19-22 dekabr tarixləri aralığında Berlində keçirilən Mədəni Diplomatiya İllik Konfransında iştirak edib
Konfransla bağlı Kult.az-a danışan Təbriz Raufoğlu bildirib ki, tədbirə Belçikanın keçmiş baş naziri, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) baş katibinin sabiq müavini Yves Leterme, Albaniyanın eks-prezidenti Bujar Nişani, Finlandiyanın sabiq prezidenti xanım Tarja Halonen, Avropa Parlamentinin deputatı Alojz Peterle kimi tanınmış ictimai-siyasi xadimlər qatılıb.
Beynəlxalq konfrans çərçivəsində mədəni diplomatiyanın tətbiqi, münaqişə bölgələrində dialoq mühitinin formalaşdırılması, Balkan ölkələri arasında ikili əlaqələrin vəziyyəti, Qara dəniz hövzəsində yerləşən ölkələrin Avropa Birliyi ilə əlaqələri və s. mövzular ətrafında müzakirələr aparılıb.
Birlik sədri vurğulayıb ki, Albaniyanın 2012-2017-ci illərdə prezidenti olmuş Bujar Nişani həmyerlisi Ansi Aqollinin də çıxış etdiyi Ağdamın “Qarabağ” futbol komandasını Çempionlar liqasındakı uğuruna görə təbrik edib.
Digər xəbərlər
loading...