RF prezidenti V.Putin və RF Mərkəzi Bankının sədri E.Naibullina
perevodika.ru, 20.12.2017
“Bloomberg” ənənəvi yeni il öncəsi 2018-ci il üçün “bədbinin kitabçası”nı – yaxınlaşmaqda olan ilin ən yaxın onillikdə kürəsəl böhrana səbəb ola biləcək 8 hadisəsinin siyahısnı dərc edib. Təəccüblüdür, lakin Rusiya ənənəvi, yetərincə fantastik ssenarilərdən heç birinin başlığında yoxdur. “Bloomberg”-in versiyası üzrə, ölkəmizlə bağlı baş verə biləcək başlıca hadisə nefti öldürən və Elvira Naibullinanı prezident kreslosuna gətirəcək elektrik maşınlarının dəyərinin kəskin şəkildə düşməsidir.
Trampın ikinci müddəti
Donald Tramp 2020-ci il seçkilərində qalib gəlir. 2021-ci ilə doğru Obamacare-ni ləğv etməyə müvəffəq ola bilir, lakin özünün səhiyyə islahatlarını həyata keçirməyi baş tutmur. ABŞ tənəzzülə məruz qalır. 2024-cü il seçkilərində demokratlar qalib gəlir, amma onlar təbabətə görə şəhərlərdə artan qiyamların qabağını ala bilmirlər. 2028-ci ildə ikipartiyalı sistem əhalinin inamsızlığına görə faktiki ölür. Dörd partiyadan heç biri prezident seçkilərində yetərli sayda səs ala bilmir.
Saxta xəbərlər dünyası
Fake News Facebook-u öldürür. Sosial şəbəkələr və başqa texnəhənglər feyk məlumat axınının öhdəsindən gələ bilmir, hətta məlumatların yoxlanması üçün məxsusi hazırlanmış süni intellekt də onlara kömək etmir. Dünya hökumətləri Rusiyanın tinmsalında özəl “trollinq fabriki”ni yaratmağa məcbur olur. Twitter-dəki xəbərlərin, təxminən, yarısı feykdir. Media mühiti 2028-ci ilə doğru maraqlar üzrə ayrı-ayrı ideoloji qruplara parçalanır, bu üzdən dezinformasiya yalnız güclənir. Məsələn, rusiyalıların çoxu inanır ki, Tramp ömürlük prezident olub.
Bitkoin bankları əvəz edir
2018-ci ildə Amerikanın bölgə bankı öz servislərinə kiberhücum və bütün pul depozitlərinin itdiyindən xəbər verir. Maliyyə sisteminin indiki görkəmdə varlığına son qoyulur, getdikcə daha çox ölkə bitkoini milli valyuta kimi tanıyır. 2025-ci ildə üç ildə depozitlərin məlumatlarını hiss olunmadan hesablayan troyalı üzündən kürəsəl bank böhranı başlanır. Dünya bank sistemi 2028-ci ildə səpələnir və muxtarlaşır və ancaq kriptovalyutalarla işləyir (bir bitkoin 1 milyon dollardır). Pul köçürmələrinə sorumlu “Alibaba” və “Amazon”dur.
KXDR hücum edir
2018-ci ildə KXDR-in raketləri ABŞ qərb sahillərinin 20 km-liyinə düşür. Tramp cavab verməməyi qərarlaşdırır, lakin Si Szinpinlə görüşür, Çin bundan sonra Şimali Koreya ilə sərhədi bağlayır. Kim Çen In 2019-cu ildə ürəktutmasından qəflətən ölür, ölkənin yeni oyuncaq hökuməti nüvə proqramından imtinaya razılaşır. ABŞ Çinə silah tədarükünə başlayır, Si Szinpin 2025-ci ildə Tayvanı ilhaq edir. Yaponiya nüvə silahı hazırlayır, Asiya bölgəsində qızğın silahlanma start götürür.
Leyboristlər Britaniyanı öldürür
Brexit üzrə danışıqlar nəzarətdən çıxır, Tereza Meyi vəzifədən götürürlər, leyboristlərin lideri Ceremi Korbin ölkənin başçısı olur. Korbin sosialist gündəliyi irəli sürür və vergiləri yüksəldir, aparıcı bankirlər Londondan qaçırlar. 2023-cü ildə onu təzədən seçirlər, dövlət borcu ÜDM-in 100 %-ə qalxır, ölkədə inflyasiya sürətlə artmağa başlayır. Böyük Britaniya 2028-ci ildə defolta yaxınlaşır.
Avropa “nəsillərin müharibəsi”nə görə dağılır
AB-nin azalan əməkqabiliyyətlıi əhalisi daha pensiyaçıları saxlaya bilmir, 2024-cü ildə Avropada gənclik arasında işsizliyin səviyyəsi 50% təşkil edəcək, AB maliyyə böhranına girəcək, Kataloniya İspaniyanın tərkibindən çıxacaq, Belçika parçalanacaq.
Çin ticarət müharibəsinə başlayacaq
Çin elektrik maşınlarına keçmək üçün milyardlarla dollar sərf edir, ABŞ və Rusiya karbon qazı tullantısının azaldılması üzrə sazişdən çıxır. İqlim pisləşir, Çin çayları qurumağa başlayır. Çin CO2 tullantılarını azaltmayan ölkələrə – Rusiya, ABŞ, Avstraliyaya qarşı sanksiyalar tətbiq edir. Dünya ticarət müharibəsi başlanır.
Elektrik maşınları nefti öldürür
Texnoloji irəliləyiş 2018-ci ildə ucuz elektrik maşınlarını kütləvi şəkildə istehsal etməyə imkan verir, OPEK neft hasilatının azaldılması haqda sazişi ləğv edir. 2021-ci ilə doğru neftin qiyməti 20 dollar olur, Rusiya zavodlarında qiyam başlanır. Putin 2024-cü ildə rəsmən siyasətdən gedir, lakin ölkəni yeni prezident – Elvira Naibullina vasitəsilə yönəltməyi davam etdirir. Səudiyyə Ərəbistanında bütün Yaxın Şərqə yayılan iqtisadi böhran başlanır. 2028-ci ilə doğru artıq bir neçə il Putin haqda heç kim heç nə eşitmir. Naibullina ölkənin vahidliyini qorumağa çalışır. OPEK-in varlığına son qoyulur.
MilliYol.Az
Digər xəbərlər
loading...