Azərbaycanlı futbolçu Hüseyn Əhmədov Ukraynanın məşhur klublarından olan "Metallist"in düşərgəsində baxışda olub. Bu barədə MilliYol.Az-a futbolçunun yetirməsi olduğu "Əlincə" klubundan məlumat verilib.
10 gün öncə Ukraynaya yollanan futbolçu Xarkov təmsilçisinin müvafiq yaş qrupunda yoxlanışdan keçib. "Əlincə"nin 17 yaşadək futbolçulardan ibarət komandasının üzvü klubun məşqçiləri tərəfindən bəyənilib. Ötən mövsüm Azərbaycanın U-17 və U-16 milli komandalarına da çağırılan istedadlı Əhmədov yaxın günlərdə "sarı-göylər"lə rəsmi müqavilə imzalayacaq.
Xatırladaq ki, ötən il "Əlincə”nin daha 2 yetirməsi - Qara Qarayev İspaniyanın "Malaqa", Turan Vəlizadə isə Tükiyənin "Fənərbaxça" klublarında yoxlamadan uğurla keçib və komandalara dəvət almışdılar. Qarayev hazırda karyerasını ölkədə davam etdirsə də, Vəlizadə indi də "Fənərbaxça"nın U-16 komandasının uğurları üçün çalışır.
Digər xəbərlər
loading...