Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Rusiya dövlət başçısı Vladimir Putin arasında telefon danışığı olub
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, telefon danışığı zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasında və Baş Assambleyasında müzakirələr zamanı Qüdslə bağlı qətnamə layihəsini dəstəklədiyinə görə Rusiyaya minnətdarlığını bildirib.
Telefon danışığı zamanı BMT Baş Assambleyasında ABŞ-ın Qüdslə bağlı qərarının hüquqi qüvvəyə minməməsindən məmnunluq ifadə edilib.
Dövlət başçıları bu kontekstdə Yaxın Şərqdəki vəziyyəti də müzakirə ediblər.
Onlar Fələstin-İsrail münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində və Fələstin xalqının müstəqil dövlət yaratmaq hüququnun təmin olunması əsasında həllinə bundan sonra da yardım edəcəklərini təsdiqləyiblər.
Söhbət zamanı həmçinin Suriyadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparılıb. Putin və Ərdoğan Astanada Suriya münaqişəsinin həlli ilə bağlı keçirilən 8-ci beynəlxalq görüşdə Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinin vacib aspektlərinin razılaşdırılacağını ümid etdiklərini vurğulayıblar.
MilliYol.Az
Digər xəbərlər
loading...