Türkiyənin Jandarma Qüvvələri Komandanlığının yüksək rütbəli 16 zabitinin tutulması üçün sanksiya verilib
“Report” bildirir ki, hərbçilərin saxlanılması üçün paytaxt Ankara başda olmaqla ölkənin 9 əyalətində əməliyyat-axtarış tədbirləri keçirilir.
Həmin zabitlər Fətullahçı Terror Təşkilatına (FETÖ) üzv olmaqda ittiham olunurlar. Tutulması barədə order verilən zabitlərdən 7-i polkovnik, 9-u isə polkovnik-leytenantdır.
Bundan başqa, Türkyidə qanun hökmündə qərarnamə əsasında bağlanılan məktəblərdə işləmiş və FETÖ-yə üzv olmaqda şübhəli bilinən 44 müəllimin tutulması barədə də qərar verilib. Ankara Təhlükəsizlik İdarəsinin Maliyyə Cinayətlərinə Qaşı Mübarizə Şöbəsi şübhəlilərin tutulması istiqamətində əməliyyat keçirir.
Ölkənin 11 əyalətində aparılan əməliyyat nəticəsində artıq onlardan 28 nəfəri saxlanılıb.
MilliYol.Az
Digər xəbərlər
loading...