Avstriyada Rusiya hüquq-mühafizə orqanlarının xahişi ilə rusiyalı bankir Ruslan Barkovski saxlanılıb
MilliYol.Az “Report”-a istinadən xəbər verir ki, R.Barkovski əvvəllər Zaur Balayev kimi tanınıb və o, özü adını dəyişib.
Üstəlik, onun başqa soyadlarda da pasportları olub. Barkovskinin azı 4 ölkənin – Azərbaycan, İspaniya, Rusiya və Ukraynanın pasportlarna malik olduğu müəyyənləşdirilib. Rusiyalı səlahiyyətlilər bir neçə ildir R.Barkovskini iki nəfərin oğurlanması və fırıldaqçılığa görə axtarırdı.
“Rosbalt” qeyd edib ki, saxlanılan şəxs bir neçə yüz milyard rubl məbləğində vəsaitin “yuyulması” və “nağdlaşdırılması” ilə məşğul olub, bir sıra fırıldaqçılıq, adam qaçırma, qəsb və qətl hadisələrində iştirak edib.
R.Barkovski Çeçenistan başçısının Ukraynadakı keçmiş səlahiyyətli nümayəndəsi Ramzan Tsitsulayev ilə əlbir olaraq adam qaçırmaqda şübhəli bilinir. İstintaqın versiyasına görə, Barkovski məhz Tsitsulayevin mühafizəçiləri ilə birlikdə iş adamı Əli Zakriyevi qaçırıb və 100 milyon rubl tələb etməklə onu bir neçə gün mənzildə saxlayıb.
MilliYol.Az
Digər xəbərlər
loading...