"Yeni regional idarələr vasitəsi ilə müəyyən monitorinqlər həyata keçirildi. Təəssüf ki, nəticədə bəzi musiqi məktəblərində xoşagəlməz hallar aşkar olunub"
APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən 34 nömrəli Uşaq Musiqi Məktəbinin binasının əsaslı təmirdən sonra açılış mərasimində deyib.
Nazir qeyd edib ki, aşkar olunan nöqsanlarla bağlı ciddi ölçü götürülüb: "Müəllimlər cəzalandırıldı, direktorlar işdən azad olundu. Bu proses davam edəcək. Bizim əsas məqsədimiz odur ki, dərslərin keyfiyyəti yüksəlsin, uşaqların musiqi və incəsənət sahəsində bilik səviyyəsinin artırılması təmin olunsun. Növbəti ildə musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası keçiriləcək. Bununla da təhsilin keyfiyyətinin artırılması istiqamətində çox ciddi addımlar atılacaq. Gənclərin daha yaxşı təhsil almaları üçün yüksək səviyyəli müəllimlər gərəkdir".
MilliYol.Az
Digər xəbərlər
loading...