“ABŞ-ın Qüdslə bağlı qətnaməyə görə ölkələri hədələməsi beynəlxalq hüququn onurğasını təşkil edən BMT-nin ölkələrin iradəsini ifadə etmək prinsipinə təhdid təşkil edir”
APA-nın məlumatına görə, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, ABŞ-ın əlində bombaların, silahların olması ona güc qazandırmaz: “Yanınızda sadəcə İsraili və 5-6 ölkəni görərsiniz. Amma qarşınızda 128 ölkənin dimdik ayaqda durduğunu görərsiniz. Qüdslə bağlı qətnaməyə qatılmayanların da yeri böyük ehtimalla qətnamənin lehinə səs verənlərin yanındadır. Biz son ana qədər 160-190 arası səsin çıxacağını gözləyirdik. Ağ Ev telefon başına keçdi və ölkələri təhdid etdilər. Onlar ölkələri açıq-aşkar hədələdilər. Dövlətlərin iradələri nə zamandan pulla satın alınmağa başlanıb? Demokratiya iradələrin satın alındığı sistem deyil. ABŞ bu vəziyyətini dəyərləndirməlidir. Düşünməlidir ki, bu qədər ölkə belə düşünürsə, fikrindən geri dönməlidir”.
Türkiyə prezidenti qeyd edib ki, Qüdslə bağlı BMT Baş Assambleyasında keçirilən səsvermənin nəticələri ABŞ-ın haqsız olduğunu bir daha ortaya qoyub: “Səsvermə göstərdi ki, ABŞ-ın Qüdslə bağlı qərarı legitim deyil. Dünya beşdən böyükdür. 128 ölkə bu qərara qarşı dimdik ayaqda durdu”.
MilliYol.Az
Digər xəbərlər
loading...