Cəlilabad rayonunda 7-ci sinif şagirdləri itkin düşüb
“Report” xəbər verir ki, Cəlilabad şəhər sakinləri, 14 yaşlı İsmayıl Mətləb oğlu Əmənov, onun həmyaşıdı və qonşusu Xalid Altay oğlu Əliyev ötən gün səhər saatlarında dərsə getmək adıyla evdən çıxıb, bir daha geri qayıtmayıblar. Artıq doğmaları tərəfindən bu barədə Cəlilabad Rayon Polis Şöbəsinə məlumat verilib.
Qeyd edək ki, itkin düşən məktəblinin hər ikisi Cəlilabad şəhər 7 saylı tam orta məktəbinin 7-ci sinif şagirdləri olub.
İtkin düşən məktəblilərin Bakı şəhərinə getdiyi ehtimal olunur.
Xalid Əliyevin atası Altay Əliyev APA-ya deyib: “Onlar Cəlilabadın bir neçə yerində təhlükəsizlik kameralarına düşüblər. Bakıya sərnişin daşıyan mikroavtobuslardan birinin sürücüsü ötən gün iki yeniyetmə uşağı Bakıda apardığını deyib. Bakıya çatanda həmin uşaqlar sürücüdən Bulvara necə getməli olduqlarını soruşublar. Ehtimal edirik ki, onlar bizim uşaqlarımız olub”.
A.Əliyev bu barədə polisə məlumat verildiyini, lakin hələlik bir nəticə olmadığını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...