"Azərbaycan bazarını avtomobil ixracı üçün bərpa etmişik"
APA-nın yerli bürosunun məlumatına əsasən, bu barədə Gürcüstan baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili deyib.
"Akzis strukturunu dəyişdiyimizə görə, praktiki olaraq biz Azərbaycan bazarını bərpa etdik və bizim treyderlər yeni avtomobillər gətirməyə başladı. Əgər 2016-cı ildə təkrar ixrac 75 milyon təşkil etmişdisə, 2017-ci ildə bu göstərici 106 milyona çatıb", - deyə o bildirib.
Nazir ölkədə avtomobil parkının yenilənməsinə də toxunub: "Əgər 2016-cı ildə 9 ilə qədər olan avtomobillərin payı 30% idisə, hazırda bu göstərici 77%-ə qədər artıb".
D.Kumsişvili Gürcüstanda hibrid avtomobillərin payının 7%-dən 35%-ə qədər artdığını da vurğulayıb.
Qeyd edək ki, Azərbaycanın tətbiq etdiyi "Avro-4" ekoloji standartla əlaqədar olaraq son illər Gürcüstandan Azərbaycana idxal olunan nəqliyyat vasitələrinin sayında xeyli azalma müşahidə olunurdu.
MilliYol.Az
Digər xəbərlər
loading...