“Hazırkı hökumət ictimaiyyət qarşısında heç bir məsuliyyət daşımaq istəmir”
Axar.az xəbər verir ki, bunu “1in.am” saytına açıqlamasında erməni iqtisadçı Vaaqn Xaçaturyan söyləyib.
“2016-cı ildə Milli Statistika Xidmətinin rəsmi rəqəmləri dərc olunub. Buradan görünür ki, əhalinin gəlirləri artmayıb. Bu, inflyasiyaya təsir etməyə bilməz. Əgər hazırda bazarda rəqabət mühiti yoxdursa, istənilən biznesmen hökumətlə razılaşdırıb, öz qiymət siyasətini tətbiq edə bilər.
Hazırkı hökumət xalq qarşısında məsuliyyət daşımaq istəmir. Onlar sadəcə cəmiyyətin elə də böyük olmayan seqmenti üçün xidmət edirlər. Bu təbəqə onsuz da hər şeylə təmin edilib. Bizim dövlətin siyasəti budur. Bu siyasət rifahın azaldılması və yoxsulluğun dərinləşdirilməsinə yönəlib”, – deyə o bildirib.
Digər xəbərlər
loading...