“Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsində qeyd edilib ki, cins ilə bağlı irsi xəstəliyin keçilmə ehtimalının olduğu hallar istisna, köməkçi reproduktiv texnologiyaların tətbiqi zamanı uşağın cinsinin planlaşdırılmasına icazə verilməyəcək
Məsələ ilə bağlı Milli Məclisin Səhiyyə komitəsinin sədrinin müavini Musa Quliyev Modern.az-a açıqlama verib.
Deputat bildirib ki, yeni qanun layihəsində əsas məqsəd selektiv abortların qarşısının alınması və uşağın cinsinə görə abort olunmasının qadağan edilməsidir.
“Adətən ultrasəs müayinəsi ilə hamiləliyin 3 aylığında müəyyən edirlərsə ki, uşaq qız uşağıdır, valideynlərinin birinin arzusu ilə abort elətdirirlər. Biz də belə halları nəzərə alaraq, qanunla bunu qadağan edirik. Belə hallar demoqrafiq problemlər yarada bilir. Həmçinin bir canlı insanın məhv edilməsi mənəviyyata zidd məsələdir. Bu həmçinin islam dininin də tələblərinə ziddir. Buna görə də bu qadağa qanunda yer alıb”.
Qeyd edək ki, “Reproduktiv sağlamlıq haqqında” yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında müzakirəyə çıxarılacağı gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...