Bakı Apellyasiya Məhkəməsində məhbusların xüsusi təyinatlı vaqondan qaçmasına kömək etməkdə təqsirləndirilərək həbs olunan müğənni Fədayə Laçının ev dustaqlığına buraxılması ilə bağlı vəsatət barədə Nəsimi Rayon Məhkəməsinin çıxardığı qərardan verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib
APA-nın xəbərinə görə, hakim Rizvan Səfərovun sədrliyi ilə jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə qərar qəbul olunub.
Bakı Apellyasiya Məhkəməsi vəsatəti təmin etməyib, Nəsimi rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Fədayə Laçının vəkili Türkel Süleymanov bildirib ki, prosesdə Fədayə Laçın özü də iştirak edib: “Məhkəmənin qərarı humanist deyil. Onun səhhətində problem var və müalicə olunmalıdır. Fədayə xanım iclasda dedi ki, aldadılıb”.
Vəkil yaxın günlərdə yenidən ölkə prezidentinə müraciət edəcəklərini açıqlayıb.
Qeyd edək ki, bu il oktyabrın 23-də Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə müşayiət olunan 1980-ci il təvəllüdlü, əvvəllər məhkum edilmiş, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə təqsirləndirilən Etibar Ələkbər oğlu Məmmədov və 1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, CM-nin müxtəlif maddələri ilə təqsirləndirilən Əli Rasim oğlu Ağami müşayiət altından qaçıblar
Qaçan məhbuslardan Əli Ağami bir neçə gün sonra Şirvan şəhərində tutulub. E. Məmmədov isə keçirilən əməliyyat zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən öldürülüb.
Məhkumların qaçmasına yardım etməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb. Onlardan biri tanınmış müğənni Fədayə Laçındır. Fədayə Laçınla yanaşı, Məhəmməd Hacıyev və Günay Atakişiyeva barəsində həbs qətimkan tədbiri seçilib.
Bundan başqa, hadisə ilə əlaqədar Pentensiar Xidmətin bir neçə əməkdaşı da həbs olunub.
Nəsimi Rayon Məhkəməsi onun ev dustaqlığına buraxılması ilə bağlı verilən vəsatəti təmin etməyib.
MilliYol.Az
Digər xəbərlər
loading...