Faytonçu ləqəbli müğənni Nazim Pişiyarinin Kürdəmirlə bağlı dedikləri qalmaqala səbəb olmuşdu
Axşam.az-ın məlumatına görə, tənqid edilən sənətçi kürdəmirlilərdən üzr istəyib:
“Bu, mexaniki bir səhv idi. Bunu tutub şişirtdilər. Azərbaycanın hər qarış torpağı mənim üçün vətəndir. Azərbaycanın bir çox böyük sənətkarları məhz Kürdəmirdə dünyaya gəliblər. Hansısa ifadəmlə kürdəmirlilərdə qıcıq oyatmışamsa, üzr istəyirəm. Mənim də Kürdəmirdə yaşayan qohumlarım var".
Qeyd edək ki, Nazim Muz TV-yə müsahibəsində “Mən “qıjı” mahnıları ifa edən musiqiçilər, müğənnilər üçün Kürdəmirdə məkan yaradardım, deyərdim ki, nə istəyirsiniz, burada edin, çalın, oxuyun, efirə də çıxın. Buradan kənara çıxmayın. Bakı əsl sənətkarlara qalardı” cümlələrini demişdi.
MilliYol.Az
Digər xəbərlər
loading...