"Xarici investorları Azərbaycana gətirmək əsas hədəflərimizdən biridir"
"APA-Economics" xəbər verir ki, bunu Bakı Fond Birjasının (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov "Azərbaycan Kapital Bazarları: Gələcəyə baxış" adlı tədbirdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, növbəti illərdə pul bazarının formalaşdırılması, törəmə maliyyə alətlərinin yaradılması, listinqin inkişafı BFB üçün prioritetlərdən olacaq. "Fond bazarının mahiyyəti və özəyi səhmlərdir. Biz bütün səylərimizi səhm bazarının, listinqin inkişafına səfərbər etməliyik. Bu gün Bakı Fond Birjasında şirkətlərin listinqə alınması üçün çox əlverişli mühit var. Əminliklə deyə bilərik ki, bu gün biz Azərbaycan kapital bazarında Bakı Fond Birjası və Milli Depozit Mərkəzi timsalında hüquqi və texniki platformaları ideala yaxınlaşdırmışıq. Növbəti addım isə bu platformalar üzərindən biznesin canlandırılmasıdır. Bu gün biz kapital bazarlarımızı formalaşdırmasaq, nəzarəti və texnologiyanı tələb olunan səviyyəyə çatdırmasaq, biz rəqabətə tab gətirməyəcəyik, şirkətlərimiz digər ölkələrə üz tutacaq", - deyə V. Namazov bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...