Azərbaycanın milli valyutası – manatın 2015-ci il dekabrın 21-də həyata keçirilən ikinci devalvasiyasından iki il ötüb
Həmin gün ölkə ABŞ dollarının rəsmi məzənnəsi 1,0499 AZN/USD səviyyəsindən 47,6% artımla 1,55 AZN/USD-yə yüksəlib. “Report” xəbər verir ki, buna səbəb qlobal bazarda neft qiymətlərinin 27 dollar/barelə qədər geriləməsi amili olub.
İkinci devalvasiyadan sonra manatın ucuzlaşması davam edib və 2017-ci il fevralın 1-də məzənnə 1,92 AZN/USD səviyyəsinə çatıb. Bununla da manatın məzənnəsi ilk devalvasiya (21.02.2015-ci il) nəzərə alınmaqla 144%, ikinci devalvasiyadan sonra isə 83% ucuzlaşıb.
Xatırladaq ki, Azərbaycan manatının ilk devalvasiyası zamanı dolların rəsmi məzənnəsi 33,6% artırılaraq 0,7862 AZN/USD səviyyəsindən 1,05 AZN/USD-yə yüksəlib. Buna səbəb isə, neft qiymətlərinin 120 dollar/bareldən 60 dollar/barelə qədər azalması olub.
2017-ci ilin əvvəlindən qlobal neft bazarında OPEC və ona üzv olmayan ölkələrin səyi nəticəsində sabitlik bərpa olunub və qiymətlərdə yüksəliş başlayıb. Neft qiymətləri 27 dollar/bareldən 2,4 dəfə artaraq 65 dollar/barelə çatıb. Nəticədə, Azərbaycanda dolların məzənnəsi fevralın 1-dən etibarən azalmağa başlayıb və 11,5% azalaraq bu günə 1,7001 AZN/USD-yə geriləyib. Bu gün rəsmi məzənnə ilk devalvasiyadan əvvəlki dövrlə müqayisədə 116% yuxarıdır.
MilliYol.Az
Digər xəbərlər
loading...