Müğənni Tarkan həyat yoldaşı Pınar Tevetoğluna Yeni il hədiyyəsi edib
Hazırda xanımı ilə Almaniyada olan sənətçi orada alış-veriş zamanı Pınara qolbaq və sırğa alıb.
Bildirilir ki, müğənninin "Tiffany&Co"dan aldığı brilliant qolbağın dəyəri 66 min dollar, yaqut sırğanın dəyəri isə 34 min dollardır.
Tarkan Almaniyada yaşayan xanımının valideynləri və qohumlarını da unutmayıb. Xanımının ailəsinə müxtəlif hədiyyələr bağışlayan meqastar bir daha özünü onlara sevdirib.
Qeyd edək ki, ifaçı bu il yeni albomlarından, reklamlardan və verdiyi konsertlərdən 13 milyon dollar qazanıb. O, Yeni ildə Kiprdə verəcəyi konsertdən isə bir gecədə 340 min dollar alacaq. (axsam.az)
Digər xəbərlər
loading...