“Nə atam, nə əmim var. Bizdə insanların dəyərini itirəndən sonra bilirik”
“1993-cü ildə atamı itirdim. 24 ildir onsuzam. Ani baş verdi, 1 saatın içərisində dünyasını dəyişdi. Nə atadan, nə də anadan doymadım. Əmim, dayım, qardaşım yoxdur. Hamısı dünyasını dəyişib”.
Axşam.az-ın məlumatına görə, bu sözləri aparıcı Sərxan Kərəmoğlu “Sözün düzü” verilişində deyib. Ailəsindən danışan aparıcı övladları ilə bağlı fikirlərini də bölüşüb.
İki oğul atası olan Kərəmoğlu deyib ki, gəlinlə bir evdə yaşamağın tərəfdarı deyil:
“Düşünürəm ki, oğulu evləndirdin, ayır başqa yerdə yaşasınlar. Onda hörmətli olarsan. Amma bir övlad olanda olmaz. Oğul başqa yerdə yaşasın, ana tək qalsın".
Digər xəbərlər
loading...