“Avropa İttifaqı ilə Azərbaycan arasında yeni saziş üzrə danışıqlarda yaxşı nəticələr əldə etmişik”
“Report” xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Mogerini deyib.
Onun fikirləri bu gün Avropa Xarici Fəaliyyət Xidməti və Avropa Komissiyası tərəfindən nəşr olunan Azərbaycanla bağlı birgə hesabatda əksini tapıb.
“Birlikdə gənclər, onların görüşüb səyahət etməsi, biznesin böyüməsi, insan hüquqlarının müdafiəsi üçün daha çox imkanlar axyaracağıq və vətəndaşlarımıza real faydalar qazandırmaqla enerji əlaqələrinə töhfə verəcəyik”, – F.Mogerini bildirib.
Digər xəbərlər
loading...