“Goran” hökumətdən çıxdıqdan sonra nümayəndəsinin yerli parlamentin sədrliyindən istefa verəcəyini bildirib
İraqın şimalındakı Kürd Muxtariyyətində fəaliyyət göstərən “Goran” Dəyişiklik Hərəkatı və “Əl-Cəmaat əl-İslamiyya” partiyaları koalisiya hökumətindəki nümayəndələrini geri çağırdıqlarını açıqlayıblar.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, “Goran” hökumətdən çıxdıqdan sonra nümayəndəsinin yerli parlamentin sədrliyindən istefa verəcəyini bildirib.
Muxtariyyətin 8-ci hökumətində “Goran”ın təmsilçiləri maliyyə, ticarət, dini işlər, sərmayə nazirliklərinə və “peşmərgə” adlanan silahlılara rəhbərlik edirdilər. Partiya parlamentdə 24 deputatla təmsil olunur.
Xatırladaq ki, üç gündür muxtariyyətin Süleymaniyyə şəhərində müəllimlər və məmurlar gecikdirilən maaşlarının ödənilməsi tələbi ilə etiraz aksiyası keçirirlər. Aksiyalar zamanı baş verən toqquşmalarda 5 nəfər ölüb, 93 nəfər isə yaralanıb.
Digər xəbərlər
loading...