"Gürcüstanla yoxlama razılaşdırılıb. Amma ola bilər ki, Antalyada bundan əvvəl başqa komanda ilə qarşılaşaq". MilliYol.Az xəbər verir ki, bu sözləri milli komandamızın baş məşqçisi Qurban Qurbanov deyib.
Bu gün "Bayıl Arena”da AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Yığıncaqdan sonra İK-nın üzvü, Azərbaycan millisinin baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı təşkil edilib. Qurbanov yığma komandalarda milliləşdirmə ilə bağlı suala cavab verib: "Futbolda mütləq ən yaxşısını axtarmalıyıq. Öz futbolçularımız varsa, bundan maksimum istifadə edəcəyik. Çox istərdim ki, azərbaycanlı futbolçular yuxarı səviyyəyə qalxsın. Onların inkişafı çox önəmlidi. Onların ətrafında kimlər oynayır? Mən "Qarabağ”a gələndə yeganə əcnəbi Admir Teli idi. Getdikcə legionerlər cəlb etdik. Sırf yerlilərlə oynasaydım, bəlkə də, mənə hörmətiniz daha çox olacaqdı. Amma hansısa mövqedə problem varsa, bunu düzəltmək vacibdi. Məsələn, "Qarabağ”da 4 müdafiəçimiz zədəli idi. Bizdə hələ legioner var, bu problemlə üzləşirik. Düşünürəm ki, qərarımı normal qarşılayacaqsınız. Çox istəyərəm ki, azərbaycanlı futbolçularla birlikdə uğur əldə edək. Amma biz ölkəmizi təmsil edirik. Lazım olduğu qədər bütün mövqelərdə sağlam rəqabətə çalışacağıq. Ola bilsin ki, bəzi dəyişikliklər edilsin. Bədavi Hüseynovun hələ nə vaxt qayıdacağı bəlli deyil. Digər oyunçuların da yaxşı inkişafı üçün ətrafdakılar sağlam olmalıdı".
Baş məşqçi heyətlə bağla da danışıb: "Hər bir futbolçunun milliyə düşmək şansı olacaq. Rəqibdən asılı olaraq, dəyişikliklər ola bilər. Bəlkə də, hər oyunda 4-5 dəyişiklik edildi. Köhnələrdən 4-5 nəfər də çağırılmaya bilər".
Qurbanov "Futbolçuların ölkə xaricinə çıxması baxımından bir sistem qurmağı düşünmürsünüz" sualına blə cavab verib: "Bu, böyük mövzudu. Bunlar mütləq olmalıdı. Amma desək ki, dərhal qaydasına qoyacağıq, alınmayacaq. Futbolçudan əvvəl yetişdiriləsi insanlar var. Məsələn, məşqçi, həkim, hətta masajçı. Bu insanların sağlam olması çox vacibdi. Bu gün nə idman həkimimiz, nə fizioterapevtimiz var. AFFA rəhbərliyi ilə bundan sonra daha tez-tez görüşlərimiz olacaq. 8-10 yaşlı uşaqları sağlam insanlara tapşırmalıyıq. Onların həkimləri özləri sağlam, savadlı olmalıdı. Bundan sonra bu barədə daha çox düşünəcəyik. Bu insanların yetişməsi üçün kurslarımız olacaq. Görüləsi işlər çoxdu".
Yayılan məlumatlara görə, Qurbanov millidən ildə 1 milyon manat maaş alacaq. Baş məşqçi bununla bağlı da danışıb: "Məni millidə pul maraqlandırmır. Millidə qürurla çalışmaq istəyirəm. Maddi şeylər önəmli deyil. Fikrim Azərbaycan futboluna xidmət etməkdi. Hamı mənə dəyər verir. Bu dəyər sayəsində mənim qazancım deyilən rəqəmlərdən qat-qat yüksəkdədi".
Qurbanov Premyer Liqa klublarının sayının artırılmasını istədiyini deyib: "Mən də komandaların sayının artmasını istəyirəm. Amma komandalar çempionatı yarımçıq tərk edəcəksə, I divizionda oyun alveri gedəcəksə, bundansa, olmasa yaxşıdı. Görsək ki, 10 komanda hazırdı, bunu müzakirə edəcəyik".
MilliYol.Az
Digər xəbərlər
loading...