Azərbaycan Prezidentinin 2017-ci il 19 dekabr tarixli fərmanı ilə açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği təsdiq edilib
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 33-1-ci və 33-2.2-ci maddələrinə uyğun olaraq, açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsinə görə bir kvadratmetr üçün (icazənin müddəti və reklam daşıyıcısının növü nəzərə alınmaqla) dövlət rüsumunun məbləğləri aşağıdakı kimi təsdiq edilir:
Reklam daşıyıcısının quraşdırıldığı zonadan asılı olaraq, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş dövlət rüsumunun məbləğlərinə aşağıdakı əmsallar tətbiq edilir:
- Bakı şəhəri üzrə - 1;
- Gəncə, Sumqayıt və Xırdalan şəhərləri üzrə - 0,8;
- Abşeron rayonunun qəsəbə və kəndləri (Xırdalan şəhəri istisna olmaqla), Mingəçevir, Şirvan, Lənkəran, Yevlax, Şəki, Qəbələ, Quba, Naftalan şəhərləri və Xaçmaz rayonunun Nabran qəsəbəsi üzrə - 0,7;
- digər şəhər (rayon), qəsəbə və kənd üzrə - 0,5.
Müəyyən edilir ki, həcmli fəza konstruksiyaları və mürəkkəb formalı qurğular üçün reklam sahəsi kimi reklamın konturu ilə əhatə olunmuş sahə qəbul edilir; birbaşa aid olduğu xidmət, ticarət və ya digər obyektlərin giriş hissəsində, divarında yerləşdirilən və həmin obyektlərin adını, mənsubiyyətini, fəaliyyət növünü, ünvanını və iş rejimini istehlakçıya çatdıran ölçüsü 2 kvadratmetrdən artıq olan lövhəyə (yazıya) görə dövlət rüsumu onun ümumi ölçüsünə uyğun ödənilir; icazənin müddəti bir ildən az olduqda, dövlət rüsumunun məbləği on ikiyə bölünərək icazə istənilən ayların sayına vurulur və alınan nəticəyə 2-ci hissədə nəzərdə tutulmuş müvafiq əmsal tətbiq olunur; icazə müddətinin uzadılması, həmçinin istehsalı (satışı) lisenziyalaşdırılan və ya sertifikatlaşdırılan yeni əmtəələrin reklamının yerləşdirilməsi hallarında mövcud icazənin yenidən rəsmiləşdirilməsi üçün dövlət rüsumu ödənilir. (azvision.az)
Digər xəbərlər
loading...