“Qüdslə bağlı qanun layihəsini BMT İdarə Heyətində müzakirəyə çıxaracağıq”
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cibutili həmkarı ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
“Təəssüf ki, BMT TŞ-də Qüdslə bağlı qanun layihəsinə ABŞ tərəfindən veto qoyuldu. Lakin 14 ölkə tərəfindən qanun layihəsi dəstəkləndi. Bu, olduqca önəmli məqamdır. BMT-yə üzv dövlətləri Qüdsün tarixi statusuna sahib çıxmağa səsləyirəm”, - dövlət başçısı bildirib.
Xatırladaq ki, dünən BMT TŞ-nin iclasında ABŞ tərəfindən Qüds qanun layihəsinə veto qoyulub.
Digər xəbərlər
loading...