Prezident İlham Əliyev Azərbaycan memarlarına "Əməkdar memar" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb
Sərəncamda qeyd edilir ki, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar memar" fəxri adı verilsin:
Baybekov Ravil Saleh oğlu
Cəfərov Xəlil Ələkbər oğlu
Miralayev Fəxrəddin Böyük oğlu
Namazov Müsədin Əhməd oğlu.
Dövlət başçısı Azərbaycan memarlarına Azərbaycan Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında da sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:
Abdullayev Tofiq Əli oğlu
Şəkixanov Tofiq Həmid oğlu.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
Prezident İlham Əliyev Azərbaycan memarlarının təltif edilməsi haqqında daha bir sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycanda memarlığın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
"Şöhrət" ordeni ilə
Bəylərov İlqar Xıdır oğlu
İsbatov İlqar Aydın oğlu
"Tərəqqi" medalı ilə
Amənzadə Raihə Barxudar qızı
Əzimzadə İnarə Çingiz qızı
İbrahimov Kamal İbrahim oğlu
Kərimova Təranə Həmzə qızı
Qaçayev Fərid Məmməd oğlu
Qurbanəliyev Zaur Ramiz oğlu
Mahmudbəyov Namiq İskəndər oğlu
Məmmədov Maqsud Teymur oğlu
Novruzzadə Şeyda Natiq qızı
Sadıxov Cahangir İsmayıl oğlu
Şixzamanov Nizami Eyyub oğlu.
Digər xəbərlər
loading...