Belarus prezidenti Aleksandr Lukaşenko ilə heç nə barədə razılaşmaq olmaz
Axar.az xəbər verir ki, bunu “Ukrinform” agentliyinə müsahibəsində Ukraynanın eks-prezidenti Leonid Kravçuk söyləyib. Onun sözlərinə görə, Lukaşenko Rusiya ilə çoxdan razılaşıb və heç vaxt ondan ayrılmayacaq:
“Lukaşenkonu çoxdan tanıyıram. O, buraya gəlib Ukrayna ilə olduğunu deyir, Kiyevdən gedən kimi onu pisləyir. Faktiki olaraq, o, tam şəkildə Rusiyadan asılıdır. Artıq Belarus ərazisindən də bizə hərbi təhdid gələ bilər. Mən buna çox inanmıram, amma genişmiqyaslı müharibə zamanı Belarus Rusiyanın öz ərazisindən istifadəsinə izn verə bilər”, – deyə o bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...