ABŞ dövlət katibi Reks Tillerson Şimali Koreyaya hərbi müdaxilə ilə bağlı planın bəzi detallarını aşkar surətdə dilə gətirib
O, ABŞ-ın Kim Çen In hökumətinin dağılması əlamətlərinin aşkar etdiyi zaman buraya daxil olaraq nüvə obyektlərini zərərsizləşdirə biləcəyini söyləyib.
“The New York Times” qəzetini icmalçısı Devid Sanger Vaşinqtonun bu “ürəyiaçıqlığının” Pekini anlaşılmaz vəzyyətdə qoyduğunu yazır.
“ABŞ diplomatları gələcəkdə Çin hərbçiləri ilə ABŞ xüsusi təyinatlıları arasında toqquşmadan qaçmaq məqsədilə uzun müddətdir Pekini bu ssenariyə razı salmağa çalışırlar.
Lakin çinlilər bununla bağlı aparılan danışıqlarda informasiyanın sızmasından həmişə çəkiniblər. Pekin ən çox Çinin Vaşinqtonla əlbir olub Pxenyandakı rejimi devirmək ittihamı ilə üz-üzə qalmaqdan qorxub. Çin rəsmilərinin firkincə, bu Kim rejiminə təzyiq rıçaqlarını heçə endirə bilər.
“Bu səbəbdən Tillersonun Atlantika Şurasındakı çıxışı elə Ağ Evin özünü və Pentaqonu həddindən artıq təəccübləndirdi. Belə ki, dövlət katibi burada Tramp administrasiyasının Çinə ABŞ ordusunun Şimali Koreyada nüvə obyektlərini zərərsizləşdirməklə bağlı işini bitirdikdən sonra çıxıb gedəcəyinə inandırmağa çalışdığını söyləyib. Başqa sözlə, ABŞ Şimali Koreya ərazisini və onun 25 milyonluq acından ölən xalqını ya Çinə güzəştə gedəcək, ya da bu məsələni Cənubi Koreya ilə öz arasında həll etməsinə buraxacaq”, - məqalədə yazııb.
Şimali Koreya məsələsi ilə məşğul olan Ağ Ev rəsmilərindən biri müəllif Devid Sanqerə bu məsələni şərh etməkdən imtina edib.
ABŞ dövlət katibinin ictimai əlaqələr üzrə müvini Stiven Qoldsteyn isə dövlət katibinin bu bəyanatı şüurlu şəkildə verdiyini söyləyib.
“Dövlət katibi Çinli həmkarlarımız ilə görüşlərdəki mövqeyimizi ifadə edib. O, Kim rejiminin yıxılması halında ABŞ və Çinin hərbi komandanlığının Şimali Koreyanın nüvə obyektlərini təhlükəsiz şəkildə neytrallaşdırıması ilə bağlı birgə plan hazırlanmasını istəyib. Cənab Tillerson bununla rejimin dəyişməsini nəzərdə tutmasa da biz hər ssenariyə hazır olmalıyıq”.
Çinin bununla bağlı cavabı hələ ki bəlli deyil.
Müəllif amerikalıların əvvəlki dövlərlərdən fərqli olaraq sözügedən məsələdə Pekinin daha anlayışlı davranacağına ümid etdiyini bildirib
“Əvvəlki illərdə ABŞ-ın bütün planları Çinin Koreya yarımadasında düşə biləcək istənilən hərbi müdaxilədə, bütün hallarda Kim rejiminin yardımına gələcəyi üzərində qurulurdu. Lakin hazırda Çin hərbçiləri Şimali Koreyaya dəstək vermək əvəzinə onun qarşısında durmağın daha ağlabatan olacağı qənaətindədirlər”,- yazıda Corctaun universitetinin təhlükəsizlik məsələləri üzrə professoru, və ABŞ-ın Sakit okean komandanlığının müşaviri Oriana Skaylar Mastronun Foreign Affairs jurnalındakı məqalədən sitat gətirilib.
Saqnerin sözlərinə görə, xanım Mastronun analizi indi ABŞ strateqləri arasında üstün mövqe olaraq qəbul olunur. “Maraqlıdır ki, hətta indi Çin alimləri də ABŞ və Çinin birgə srateji plan işləyib hazırlaya biləcəklərini dilə gətirirlər. Bu cür məsələlər ÇXR-da cəmi bir neçə ilə bundan qabaq ağıza belə alınmırdı”, - məqalədə qeyd olunur.
MilliYol.Az
Digər xəbərlər
loading...