Gədəbəy rayonundan sahibkar Bağırov Fəxrəddin Fərəməz oğlu redaksiyamıza zəng edərək saytımız vasitəsilə Azərbaycan Respublikasının Prezidentinə müraciət edib.
Müraciətdə deyilir:
Hörmətli cənab prezident!
Artıq altı ilə yaxın bir müddətdir ki, rayon icra hakimiyyətinin başçısı Ramiz Yediyarovun qanunsuz əməlləri ilə üz-üzə qalmışam.Yediyarov icra başçısı təyin olunan ay mənə məxsus olan obyektin girişini kərpic divarla hördürdü və üzərinə plakat yapışdırdı. Sonra sizin sözləriniz yazılmış bu plakatı gecə ilə oğurladıb, şaxtalı havada obyektin qarşısına ağac əkdirdi. Ekologiya və Təbii Sərvətlər nazirinin rayona gəlişi ərəfəsində bu ağacları da çlxarıb, yerinə gül əkdirdi.
Dəfələrlə müraciət etməyimə baxmayaraq heç bir əhəmiyyəti olmayan bu divarı obyektin qarşısından sökdürmədi və rəsmi müraciətimə cavab yazdı ki, divarı özün hördürmüsən.
Möhtərəm prezident!
Sizə bildirirəm ki, foto şəkillərdən də göründüyü kimi bu divarın mənim obyektimə düşən günəş şüasının qarşısını kəsməkdən və H.Əliyev prospektinin görünüşünü pozmaqdan başqa heç bir əhəmiyyəti yoxdur. Mən bir neçə gün bundan əvvəl obyektimə işıq düşməsi üçün həmin divarın bir hissəsini sökdüm. Yediyarov isə bu gün yenidən həmin yöndəmsiz divarın tikilməsinə göstəriş verib və həmin divar yenidən hörülür.
Hörmətli cənab prezident!
Sizdən xahiş edirəm ,Yediyarov tərəfindən mənim şəxsi mülkiyyətimə qanunsuz müdaxilənin qarşısını alınması üçün müvafuq orqanlara göstəriş verəsiniz,ona verdiyiniz səlahiyyətin şəxsi qisas vasitəsinə çevirməsinə imkan verməyəsiniz
MilliYol.az
Fotolar
Digər xəbərlər
loading...