Suriya prezidenti: “Amerikanların boyunduruğu altında çalışanlar vətən xainidir”
Suriya prezidenti Bəşər Əsəd PKK-nın Suriya qolu YPG-nin ana güc mərkəzini təşkil edən Suriya Demokratik Hərəkatını vətənə xəyanətdə günahlandırıb.
MilliYol.Az xarici mətbuata istinadən xəbər verir ki, Suriya prezidenti Bəşər Əsəd Amerika Birləşmiş Ştatlarının rəhbərliyi altında fəaliyyət göstərən Suriya Demokratik Hərəkatını vətən xəyanət etməkdə günahlandırıb.
“Öz ölkəsində xarici ölkələrin rəhbərlyi altında, öz ordularına və öz insanlarına qarşı çıxanlar vətən xainləridir. Adları nə olursa olsun ABŞ-ın tabeliyi altında işləyən bu qrupları vətən xainləri olaraq görürük”.
2015-ci ildə İŞİD-lə müharibə etmək üçün Amerikanın rəhbərliyi altında qurulan Suriya Demokratik Hərəkatı Suriya torpaqlarının təxminən dörddə birinin idarəsini öz əlində tutur.
Qeyd edə ki, Fransa Prezidenti Emanuel Makron İŞİD-ə qarşı olan müharibənin fevral ayının ortalarına qədər bitəcəyini ifadə edərək, Suriyada sülhün əldə edilməsi üçün Bəşər Əsədlə masa arxasına oturmanın vacibliyini qeyd edib.
Makronun bu bəyanatını da Bəşər Əsəd cavabsız qoymayıb:
“Fransanın başından bəri Suriyadakı terrorizmi dəstəklədiyi hər kəs tərəfindən bilinməktədir. Fransanın əlləri ilk günlərdən suriyalıların qanına bulanıb. Terrorizmi müdafiə edənlərin sülh danışıqlarına haqqı yoxdur”, deyə Suriya prezidenti öz etirazını bildirib.
MilliYol.Az
Digər xəbərlər
loading...