“Sərhədsiz reportyorlar” beynəlxalq media təşkilatı 2017-ci ildə həlak olan jurnalistlərin hesabatını yayıb. Novator.az-ın məlumatına görə, hesabatda bu il peşə borcunu yerinə yetirən zaman azı 65 jurnalistin həlak olduğu bildirilir
Sənəddə qeyd olunur ki, 39 jurnalist məqsədli şəkildə qətlə yetirilib, 26 nəfər peşə borcunu yerinə yetirərkən döyüşdə və ya terror aktında həyatını itirib.
2017-ci ildə həlak olan jurnalistlərin 55-i kişi, 10-u qadındır.
Təşkilatın hesabatında ilin sonuna dünyada 54 jurnalistin oğurlandığı vurğulanır.
Məruzəyə görə, 326 media nümayəndəsi həbsxanadadır.
Ötən gün BMT yanında məşvərətçi statuslu “Press Emblem Campaign” (PEC) qeyri-hökumət təşkilatı da 2017-ci ilin jurnalist ölümləri hesabatını yayıb. Məruzədə bildirilir ki, 2017-ci ildə 28 ölkədə 97 jurnalist həlak olub.
10 il ərzində həlak olan jurnalistlərin sayının isə 1197-yə çatdığı bildirilir.
MilliYol.Az
Digər xəbərlər
loading...