Azərbaycan Ordusunun şəhid olmuş hərbçisi Tağıyev Rahim Qara oğlu iyulun 10-da Mingəçevir şəhərində dəfn edilib.
Hərbçi Rahim Tağıyevin Mingəçevir şəhərindəki Şəhidlər Xiyabanında torpağa tapşırılıb, şəhidin ruhuna dualar oxunub.
Dəfn mərasimində Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə və təşkilatların kollektivləri ilə yanaşı, şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri də iştirak ediblər. Şəhidi son mənzilə yola salmaq üçün minlərlə mingəçevirli küçələrə axışıb.
Şəhid Rahim Tağıyevin cənazəsi yaşadığı evdən Şəhidlər Xiyabanınadək əllərində Azərbaycanın üçrəngli bayrağını tutan minlərlə insanın müşayiəti ilə aparılıb. Dəfn mərasimində “Şəhidlər ölməz, Vətən bölünməz” şüarı səsləndirilib, şəhid hərbçi yaylım atəşləri altında son mənzilə yola salınıb. Şəhidin tabutuna bükülmüş Azərbaycanın üçrəngli bayrağı atasına təqdim edilib. (anspress)
MilliYol.Az
Fotolar
Digər xəbərlər
loading...