ABŞ rəsmisi 150 ölkədə 300 mindən çox kompüteri ələ keçirən WannaCryin virusunun yayılmasında Şimali Koreyanın birbaşa məsul olduğunu söyləyib
MilliYol.Az xarici mətbuata istinadən xəbər verir ki, proqram, dünyanın müxtəlif yerlərində xəstəxanalar, şirkətlər və banklar olmaqla bir çox obyektlərə təsir edərək 150 ölkədə milyardlarla dollar zərərə səbəb olmuşdu.
Dünən ABŞ prezidenti Donald Trampın müşaviri Tomas Bosert, Wall Street Journal nəşrinə verdiyi müsahibədə WannaCry hücumunun arxasında Şimali Koreyanın olduğunu bildirib.
Trampın milli təhlükəsizlik üzrə məsləhətçisi olan Bossert, iddiaların "etibarlı mənbələrə" dayandığını və İngiltərə ilə Microsoft şirkətinin də kiber hücumdan Şimali Koreya hökumətini günahlandırdığını söyləyib.
Xatırladaq ki, may ayında Microsoftun əməliyyat sistemi olan Windows yüklü kompütərlərə olan kiber hücümda da komputerlərdəki verilənlər kilidlənib şifrələnmiş, verilənlərin yenidən yüklənəbilinməsi üçün hər bir kompyüterə görə pul istənilmişdi
MilliYol.Az
Digər xəbərlər
loading...