"İran Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi Bakıya gələcək"
Bu barədə İranın Azərbaycandakı səfirliyinin mətbuat katibi Məmmədrza Nəcəfi APA-ya məlumat verib.
O bildirib ki, M. Vaezi dekabrın 21-də Bakıda keçiriləcək İslam Həmrəyliyi İlinin yekunlarına həsr olunan beynəlxalq konfransda iştirak edəcək.
Konfransda bu il ərzində görülmüş işlər müzakirə olunacaq.
Qeyd edək ki, 2017-ci il prezident İlham Əliyevin müvafiq qərarı ilə İslam Həmrəyliyi ili elan olunub.
MilliYol.Az
Digər xəbərlər
loading...