İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif dekabrın 19-da Azərbaycana gələcək
Bu barədə "Report"a İranın Azərbaycandakı səfirliyindən məlumat verilib.
M.C.Zərifin Azərbaycana səfərinin əsas məqsədi dekabrın 20-də Bakıda keçiriləcək Azərbaycan, Türkiyə və İran xarici işlər nazirlərinin üçtərəfli görüşündə iştirak etməkdir.
İranlı nazirin Bakıda bir sıra ikitərəfli görüşlər keçiriləcəyi, o cümlədən Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi gözlənilir.
MilliYol.Az
Digər xəbərlər
loading...